Belçikalı ulduz “Çelsi” rəhbərliyinin həftəsinə 300 min funtluq təklifini hələ də imzalamayıb.

Hazardın “Çelsi” ilə kontaktının bitməsinə 2 il var və “Real Madrid” klubu onun transferi üçün fürsət gözləyir.

Minval.İnfo “The Sun”-a istinadən xəbər verir ki, o, rəhbərliyə “Mən gələcək mövsümü gözləyirəm, komandaya yeni oyunçuların gəlməsini istəyirəm” deyə bildirib.

“Mən premerliqanı yenidən qazanmaq və yeni kuboklar qazanmaq istəyirəm, bu səbəbdən düşünməliyəm” deyən Edenin gələcəyi sual altındadır.

Qeyd edək ki, “Çelsi” klubu transfer dövründə 8 oyunçuya 250 milyon funtdan çox pul xərcləməsinə baxmayaraq, baş məşqçi Kontenin transfer istəklərini yerinə yetirə bilməyib.

Tamerlan Mehdi

Minval.İnfo