К содержанию

DYP-dən sürücülərə: Bu, bizim səlahiyyətimizdə deyil

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda dayanma və ya durma, habelə parklanma qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilən nəqliyyat vasitələri sahiblərinə və sürücülərə müraciət edib.

İdarədən Minval.info-ya verilən məlumata görə, müraciətdə deyilir ki, son vaxtlar nəqliyyat vasitələri sahibləri və sürücülərindən Bakı şəhərində dayanma və ya durma, habelə parklanma qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmələri ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə çoxsaylı elektron müraciətlər daxil olur.

“Mövcud qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, Bakı şəhərinin inzibati ərazisində dayanma və ya durma, eləcə də parklanma qaydalarının pozulmasına görə inzibati xəta haqqında protokolların tərtib edilməsi, habelə tərtib edilmiş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinin Bakı Nəqliyyat Agentliyinə verilməsi nəzərə alınaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələri sahibləri və sürücülərindən xahiş edir ki, Bakı şəhərində bu növ qayda pozuntularına görə inzibati məsuliyyətə cəlb edilmiş şəxslər xətanın mövcudluğu ilə razılaşmadıqları hallarda aidiyyəti üzrə Bakı Nəqliyyat Agentliyinə müraciət etsinlər“, – deyə məlumatda qeyd olunub.

Həmçinin oxu: Sürücülərə vacib xəbər – 1 sutkaya 3500 protokol yazıldı

Tarix: 2019/01/12 15:59

Vacib

Baxış sayı:

2506

 

Digər xəbərlər

Beyləqanın başçısı bu xanıma yüksək vəzifə verdi

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev yeni baş mütəxəssis təyin edib.

“Interpol” azərbaycanlı milyarder və həyat yoldaşının işini araşdırır

Azərbaycanlı milyarder Fərhad Əhmədov və vəkillərinin keçmiş arvadı Tatyana Əhmədovanın sərvətini saxtakarlıq yolu ilə mənimsəməsi faktı araşdırılır.

Müstəntiqin SON QƏRARI: “Hacı Mazan”ı 5 ilədək həbs gözləyir – VİDEO

Binəqədi Rayon Polis İdarəsində ”Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov və adamlarının hərəkətləri ilə bağlı

Sahil Babayev ile ilgili görsel sonucu

Sahil Babayev özünə yeni müşavir təyin etdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə Mustafa Abbasbəyli nazirin müşaviri təyin edilib.

Oksana efirə çıxıb kömək istəyən bibisindən imtina etdi: “Məni biabır edirsən” – VİDEO

Azərbaycanlı məşhur efirə çıxıb kömək istədiyi üçün qohumundan imtina etdi – VİDEO

Kikboksinq Federasiyasının vitse-prezidenti 10 milyonluq dələduzluğa görə nəzarətə alınıb

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Aydın Əhmədov 10 milyon AZN dəyərində dələduzluqda ittiham edilir.

Bir sıra dövlət qurumlarının səlahiyyətləri əlindən alındı – Siyahı

Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla bir neçə dövlət qurumunun səlahiyyəti əlindən alınıb.

Azərbaycanda 3 məmur həbs edildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın, dürüstlüyün təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin

Zamirə Hacıyevanın 49 milyonluq əmlakı müsadirə oluna bilər

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın 22