Yüzlərlə erməni əsgərini məhv edib, əsir götürən, canlı texnikasını belə ələ keçirən Kəlbəcərli kəşfiyyatçı, vətən uğurunda şəhidlik zirvəsinə yüksələn Ülfət Kərimova milli qəhramanlıq statusu hələ də verilmir.

Vaxtilə Azad Azərbaycan Televiziyasının əməkdaşı olan telejurnalist Aqil Uluxanlı Kəlbəcərli kəşfiyyatçı ilə bağlı geniş araşdırma aparıb. Araşdırma zamanı cəsur igidə, indiyə kimi milli qəhramanlıq statusu hələ də verilmədiyi bəlli olub.

Belə ki, döyüş yoldaşları arasında tək canavar, “Mixaylo” kimi tanınan kəşfiyyatçı barəsində komandir zabit heyəti Müdafiə Nazirliyinə təqdimat göndərib. Məsələyə baxan nazirlik öz növbəsində təltif üçün sənədləri müvafiq quruma yönəlib, lakin indiyə kimi Ülfətə milli qəhramanlıq statusu verilməyib.

O, yalnız “Azərbaycan bayrağı” ordeni ilə mükafatlandırılıb. Ülfət texnikalar məhv etməklə yanaşı, həmçinin zabit kadrları da əsir götürüb.

Qeyd edək ki, Ülfət Kərimov kəlbəcərli saz-söz ustadı Dədə Şəmşirin məzarının yaxınlığında düşmən tankını məhv edərkən şəhid olub.

Minval.info