Sərhəddə atışma nəticəsində müqavilə üzrə xidmət göstərən 38 yaşlı erməni hərbçi Aykaz Babkenoviç Matevosyan yaralanıb.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hərbi hospitala aparılarkən hərbçi yolda ölüb.

İnsidentin təmas xəttinin şimal-şərq istiqamətində (Talış kəndi istiqaməti) baş verdiyi bildirilir. Məlumata görə düşmən hərbçisi snayper atəşinə tuş gəlib.

Son günlər təmas xəttində vəziyyətin gərginləşdiyi müşahidə olunur. Ermənistan qüvvələri Talış kəndi istiqamətində vaxtaşırı olaraq əsgər itirir.