Airhelp şirkəti tərəfindən maraqlı bir sorğu hazırlanıb. Sorğuda dünyanın ən yaxşı və ən pis hava yolu şirkətlərinin adları açıqlanıb.

Minval.İnfo xəbər verir ki, sorğuya 72 hava yolu şirkətinin adı daxil edilib. Sorğu keyfiyyət, qiymət, müştəri məmnuniyyəti konteksində müqayisəli şəkildə aparılıb.

Bizim üçün maraqlı olan isə bu sorğuda AZAL-ın adının olmamasıdır. Siyahıda Kenya, Efiopiya kimi ölkələrdən olan hava yolu şirkətlərinin adları olsa da, Azərbaycan Airlines-ın adı yoxdur. AZAL-ın adının siyahı düşə bilməməsinin səbəbi şirkətin bu 72 şirkətdən də zəif olması və ya başqa səbəbə görə olması qeyd edilməyib.

Qeyd edək ki, siyahıda ən yüksək nəticəni Qatar airways, ən zəif nəticəni isə WOW air şirkəti əldə edib.

Siyahıya bu linkdən baxa bilərsiz

https://www.airhelp.com/en-gb/airhelp-score/airline-ranking/