Dünyadakı ən yaşlı YouTube blogeri olan 107 yaşlı Hindistan vətəndaşı Mastanamma ölüb.

BAKU.WS xəbər verir ki, yüzlərlə yemək videosu olan və “Country Foods” adlı kanalında yayımlanan videoları ilə məşhurlaşan qadının milyondan çox abonenti var.

Mastanamma ölkənin cənubundakı ucqar bir kənddə yaşayır.

Mastanamma tərəvəzləri əlləri ilə təmizləyir və köhnə bir hind bıçağı ilə onları kəsir. Yeməklər masanın üstündə düzülür və bişirilmə qaydası izah olunur.