Dünyanın ən təhlükəli cinayətkar uşaqları

Demək olar ki, hər gün ölkəmizdə və ya dünyanın başqa bir yerində baş vermiş qan dondurucu cinayətlər haqqında eşidirik. Bu cinayətlərin səbəbkarları çox zaman həddi-buluğa çatmış insanlar olur. Lakin bəzən uşaqların da belə cinayətlər törətdiyinə şahid oluruq.

Minval.İnfo bu səfər dünyanın ən təhlükəli uşaq cinayətkarlarından bəhs edəcək.

Kristian Fernandez

1999-cu ildə 12 yaşlı Biannel Suzana təcavüzə uğrayır. Bundan 9 ay sonra Kristian Fernandez dünyaya gəlir. Ailə üzvləri narkotik aludəçiləri olan Kristian hələ uşaq yaşlarında zorakılıqlara məruz qalır. Psixoloji problemlər yaşayan Fernandez 13 yaşında kiçik qardaşını öldürür. Anası evə gələndə oğlunun öldüyünü görsə də, buna fikir vermir və 4 saata yaxın internetdə vaxt keçirəndən sonra polisə xəbər verir.

Kristian Fernandez 21 yaşına qədər həbs edilir. Ana Biannel Suzanaya isə 30 illik həbs cəzası verilir.

Merri Bell

11 yaşında olarkən insan öldürmək həvəsinə düşən Merri Bell qonşuluqda yaşayan 4 yaşlı bir qızı boğaraq öldürür. Bununla yetinməyən balaca qız bir neçə həftə sonra başqa bir 3 yaşlı uşağı öldürür. Merri Bell bundan sonra həbs olunur. 21 yaşında isə sərbəst buraxılır. Azadlığa çıxdıqdan sonra kimliyini dəyişərək gözlərdən itir.

Con Venablıs və Robert Tompson

1993-cü ildə iki sinif yoldaşı dərsdən qaçır və marketə gedir. Marketdə 2 yaşlı uşağı ilə birlikdə bazarlı edən bir qadınla rastlaşırlar. Con və Robert qadının diqqəti yayınanda uşağı götürüb aradan çıxırlar. 2 yaşlı körpəyə əvvəlcə işgəncə edib daşla ölənə qədər döydükdən sonra meyiti qatar yolunun üstünə qoyub qaçırlar. Cinayətdən sonra yaxalanan uşaqlar həbs edilir. Con 18 yaşında azadlığa buraxılır. Robert isə azadlığa çıxdıqdan bir qədər sonra yenidən cinayət törətdiyinə görə, həbs edilir.

Amarjat Sada

2007-ci ildə 8 yaşlı Amarjat Sada heç yaşları birə çatmayan üç uşağı döyərək öldürür. Amarjat bir müddət ailəsi tərəfindən gizlədilsə də sonradan həbs olunur. Hindistan qanunvericiliyinə əsasən uşaq ikən cinayət törədənlər 21 yaşından sonra azadlığa buraxıla bilər və Amarjatında azadlığa buraxılmaq ehtimalı mövcuddur.

Cordon Braun

Cordon 11 yaşında olarkən atasının sevgilisinin hamilə olduğunu öyrənir. Özünə qardaş istəməyən Cordon gənc qadını və ana bətnindəki uşağı atasının tüfənglə qətlə yetirir.

Cordon Amerika qanunlarına əsasən 18 yaşında azadlığa buraxılacaq.

Edqar Ximenez

14 yaşlı Edqar muzdlu qatil kimi illərlə xidmət göstərib. Polis tərəfindən tutulduqdan sonra 4 cinayəti etiraf edib. Ancaq onun sonralar başqa cinayətlər də törətdiyi məlum olub.

Berri Deyl

Riyaziyyata nifrət edən Berri silahını götürərək məktəbə yollanır. ”Riyaziyyatın mən ….” deyə bağıran Berri riyaziyyat müəllimini və iki sinif yoldaşını öldürür. O, məhkəmədə “Pearl jam – jeremy” mahnısının təsiri ilə bu cinayəti törətdiyini bildirir. Berri ömürlük həbs ilə cəzalandırılır.

Tamerlan Mehdi

Minval.İnfo