Cinsi münasibətə qarşılıq pul qazanmaq dünyanın ən qədim peşələrindən biridir.

Əsirlər boyu bu peşə qanuni və ya qanunsuz olaraq davam etmiş və hazırda da öz mövcudiyyətini saxlamaqdadır. Hesablamalara görə dünyada bu gün 42 milyondan çox qadın cinsi münasibət qarşılığı pul qazanır.

Minval.İnfo bu məqalədə tarixdə iz qoymuş milyoner fahişəxana qadın rəhbərləri, “Madamlar”-ından bəhs edəcək.

Madam Kladue (Madam Claude)

“İnsanların hər zaman pul ödəyəcəyi iki şey var: yemək və seks”

1923-cü ildə Fransanın Angers şəhərində dünyaya gözlərini açan Kladue rahibələr tərəfindən böyüdülüb. Dini idealogiyalarla böyüdülən və əsil adı Fernande Qrudiet olan bu qadının həyatı ona öyrədilən həyatdan tam fərqli olub. İllər sonra bu qadın dünyanın ən tanımış Madamı kimi tarixə iz buraxacaqdı. II dünya müharibəsində Fransa Almaniya tərəfindən istila olunan zaman o, agent kimi alman zabitlərini başdan çıxaraq ən məxvi məlumatları müttəfiqlərə ötürür.

Müharibə bitəndən sonra Fernande özünün ilk fahişəxanasını açır. Qısa zamanda Paris yeraltı dünyasında mühim mövqe əldə edən Fernande Madam Kladue ləqəbini qazanır. Parisin Kraliçası müxtəlif dövürlərdə ən məşhur siyasətçilərlə görüşərək onlara fahişələr təşkil edir. Onun müştəriləri arasında Qəddafi, ABŞ prezidenti Con F.Kennedi, Marlon Brando kimi tanımış şəxslərin adları olub. Hətta deyilənə görə, Con F. Kennedi ondan xanımı Ceki Kennediyə oxşayan, amma daha cazibədar birini göndərməsini xaiş edib.

Ah Toy

Ä°lgili resim

Amerika ərazilərində çinlilərin məskunlaşmasına bəlkə də ən çox köməyi olmuş şəxs Ah Toy-dur.

1840-cı illərdə ABŞ ərazilərində qızıl axtarışı axımına Ah Toy öz həyat yoldaşı ilə qoşulmaq qərarına gəlir. Honq-Konq şəhərindən gəmi ilə yola çıxan Ah Toyun əri gəmidə öldürülür. Xüsusi döyüş bacarıqları olan bu qadın özünü qoruya bilir. Lakin ona dəyərli hədiyyələr göndərən kapitanı öz yaxınına buraxır və onun məşuqəsi olur.

ABŞ ərazisinə əyaq basan Ah Toy tez zamanda ABŞ-ın ilk çinli fahişəsi kimi səs salır. Burada tək çinli qadın olduğunu örənən Ah Toy öz dəyərini qaldırır. Hətta o zamanlar ona adi baxmağa 18 dollar ( indiki 560 dollar) qiymət qoyulur. Bir qədər pul əldə etdikdən sona San Fransisko şəhərinə köçür və buradakı Çin mafiasına qoşulur. İti zəkası sayəsində tez zamanda özünün mini imperiyasını yaradır. ABŞ-a çinli qadınların axımının əsasını qoyan Ah Toy qəzetlərin manşetlərinə düşür.

Matild Manukyan

Matild Manukyan ile ilgili görsel sonucu

Matild Manukyan erməni ailənin övladı olaraq dünyaya gözlərini İstanbulda açıb. Manukyanın uşaqlıq illəri tragediyalarla dolu olub. Onun qardaşı xəstəlikdən, bacısı isə pəncərədən yıxılaraq ölüb.

Tikiş tikməklə pul qazanan Matildaya borcu olan bir qadın borcunu ödəyə bilmədiyinə görə işlətdiyi fahişəxanaya ortaq olmasını təklif edir və Manukyan bunu qəbul edir. Bir müddət sonra isə Matild həmin fahişəxananın tək sahibi kimi “Mama” ləqəbini qazanır.

1946-cı ildən Manukyan İstanbulda yeni fahişəxanalar açaraq öz işini böyüdür. Təkcə Karaköydə qısa zamanda 25 fahişəxana açdırır. 1980-ci illərin əvvəllərində qəzetlərdə Manukyanun milyonları haqda yazılar yazılır, onu ən çox vergi ödəyən insan kimi qələmə alırdılar.

Hətta Beyoğlu polis idarəsinin binası da onun olub və polislərə icarəyə verib. Bundan əlavə, Şişli bələdiyyəsinə və Şişli məhkəməsinə binalarını icarəyə verib..

2001-ci ildə 87 yaşında vəfat edən Manukyanın geridə buraxdığı sərvət isə aşağıdakı kimi idi.

Yalovada 200 ev, İstanbulda 500 mənzil, 70-dən çox iş binası, 1000 hektara yaxın ərazi, 3 ədəd fabrik, 10-dan çox lüks maşın, 1 lüks yaxta, 10 villa, Antalyada 3 ədəd 5 ulduzlu otel, çox saylı bahalı zinət əşyası

Polli Adler

Polly Adler ile ilgili görsel sonucu

Polli Adler 1900-cu ildə Rusiyada gözlərini açıb. Anası falçı olan Polli 9 bacı və qardaşları ilə Anasının işinə görə Avropanın müxtəlif ölkələrində yaşamalı olur. O, 12 yaşı tamam olanda Amerikanın Massaçusets ştatına, ailə dostlarının yanına köçür. Burada evlərdə xidmətçi kimi işləyərək pul qazanır. 19 yaşı tamam olanda isə onda əyləncə mərkəzlərinə maraq yaranır. Polli Nyu-Yorka köçür. Burada bir qanqstar ona qız dostu ilə gecələməsi üçün evini icarəyə verməsini təklif edir və Polli buna razı olur. Bundan sonra Polli başqalarına bu məqsədlərlə öz evini bir günlük icarəyə verir və beləliklə “Madam” olmaq yolunda ilk addımlarını atır.

1920-ci ildə özünün ilk fahişəxanasını açır. 10 il ərzində fahişəxanalarının sayını artırır. Onun fahişəxanalarına gələnlər arasında Nyu-York meri və digər tanınmış şəxslərinin adları da var idi. O, öz fahişəxanaları və fahişələrini reklam etdirən qəzetlər çap etdirir və Nyu-Yorkun ən məşhur “Madam”-ına çevrilir.

Tamerlan

Minval.info