21 may tarixində Bakıdakı kafelərdən birində güclü partlayış olub.

Günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 kv.m olan (10 kv.m hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb. Nəticədə 3 nəfər həyatını itirib. 27 yanvarda da Nəsimi rayonu metronun 28 may stansiyası yaxınlığındakı çoxmərtəbəli binanın zirzəmisində də güclü partlayış baş vermişdi.

Bakıda son aylarda baş verən bu partlayışlar az sayda insan itkisi yaşansa da, tarixdə miqyasına görə geniş əraziləri əhatə edən, yüzlərlə insanın ölümünə səbəb olan partlayışlar baş verib. Minval.info dünya tarixinin ən dağıdıcı 10 partlayışı barədə məlumat verir:

1947- Texas fəlakəti

1947 - Teksas Felaketi

ABŞ tarixində “Texas Fəlakəti” olaraq da bilinən tarixin ən böyük sənaye qəzası 16 aprel 1947-ci ildə Texasda meydana gəlib. Texas limanında yükləmə aparılan Fransız bandralı “SS Grandcamp” adlı yük gəmisinin göyərtəsində çıxan yanğın nəticəsində gəmidə olan 2.300 ton ammonium nitrat partlayıb. Partlayış zəncirvari olaraq limandakı digər gəmilərə və neft anbarlarına sıçrayaraq 581 nəfər həyatını itirməsinə səbəb olub və 8 minə yaxın adam da yaralanıb.

1917 – Halifax partlayışı

1917 - Halifax Patlaması

Məlumatlara görə, baş verən partlayış zamanı 1000-ə yaxın bina dağılıb. Ard-arda yaranan partlayışlar limana yaxın olan kimya kompleksinə, neft emalı zavoduna və yaxınlıqdakı yanacaq sisternlərinə sıçrayıb. Partlayış nəticəsində 60 km uzaqda yerləşən Hyustonda bir çox binanın şüşələri sınıb. Partlayışın şiddəti o qədər böyük olub ki, 6350 tonluq polad gövdəli gəmini parçalaya bilib və qalıqları yüzlərlə kilometr sahəyə uçub. Rəsmi açıqlamalara görə, ölü sayı 567-dir. Ancaq gəmi göyərtəsindəki bir çox gəmiçinin cəsədinin minlərlə dərəcəyə çatan temperaturda  yanıq yox olduğu düşünülür. Yanğın və partlayışının isə çox sadə bir səbəbdən, göyərtədəki bir gəmiçinin siqaret kötüyündən qaynaqlandığı təxmin edilir.

1986 – Çernobıl faciəsi

1986 - Çernobil Faciası

26 aprel 1986-cı il Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-da güclü nüvə partlayışı baş verib. Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət edib, belə “ölüm bulud”unun yerdə qalan hissəsini küləklər cənuba sürükləyib. Sonucda Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. Bundan başqa, AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar.

Hadisə zamanı 7 minə yaxın insan həlak olub, 25 min insan güclü radiasiya nəticəsində ömürlük fiziki məhdudiyyətli qalıb, on minlərlə insan isə sonsuzluq problemi ilə üzləşib. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.

1945 – Triniti partlayışı

Dünya, bundan tam 70 il əvvəl atom bombasıyla tanış olub. 16 iyul 1945-də səhər saatlarında Nyu-Meksiko ştatının kimsəsiz bir çölündə məşhur fizik J. Robert Oppenheimer 16 kilometr uzaqlığındakı dəhşətli  partlayışın göyə doğru 10 kilometr yüksələn göbələk buluduna və çölü işıqlandıran işığına dəhşət içində baxarkən, dilindən Hindu müqəddəs kitabı Bagavad Gitadan bir cümləni səsləndirib: “Məhz indi, dünyaları parçalayan ölüm oldum mən”. Atom bombasının atası Oppenheimer “Hiss Etmişik ki dünya bir daha heç vaxt əvvəlki kimi olmayacaq”- deyə o anı xatırlayıb. 1939-da başlayan çox gizli Manhattan (Triniti) layihəsi nəticəsində istehsal olunan ilk atom bombasının memarı Oppenheimerın olub və Triniti partlayışı test məqsədilə həyata keçirilib.

1908 – Tunguska partlayışı

1908 - Tunguska Patlaması

Tunquska səma partlayışı, 30 iyun 1908 tarixində səhər saat təxminən 7 radələrində Sibirin orta sektorlarındakı Podkamennaya Tunquska çayı yaxınlığında baş verib. Bu partlayış barədə çox müxtəlif iddialar mövcuddur. Bəziləri dünyaya nəhəng meteroidin çırpıldığını, digərləri isə yadplanetlilərin bu partlayışa səbəb olduğunu düşünür. Sonda gəlinən yekun qərara görə partlayışa səbəb isə kometa və ya meteroid parçasının həmin əraziyə düşməsidir. Cismin atmosferə təxminən 100000 km/sa sürətlə düşdüyü və çəkisinin 100000 ilə 1000000 ton arasında olduğu güman edilir.

Partlayış 10-15 min tonluq bir dinamit kütləsinin partlamasına gücündə olub. Partlayış zonası ilk dəfə olaraq rusiyalı alim Leonid Alekseyeviç Kulik tərəfindən 1927-1930 illəri arasında təhlil edilib. Hadisəni uzaqdan izləyənlər əvvəl bir atəş topu gördüklərini və sonra yer sarsıntısı ilə birlikdə, güclü isti küləklərin əmələ gəldiyini deyiblər. Partlayışın alovları təxminən 800 km uzaqdan görülüb. Cisim atmosferdə buxarlaşdığından ətraf mühitə müxtəlif qazlar yayılıb və hadisədən bir müddət sonra belə Sibir və Avropada gecələr göy üzünün parlaq rəngdə olması müşahidə edilib.

1815 – Tambora vulkanı püskürməsi

1815 - Tambora Yanardağı Patlaması

İndoneziyada yerləşən Tambora dağı hazırda aktiv olmasa da 1815-ci ildə partlayaraq 92 min nəfərin həyatını itirməsinə səbəb olub. Onlardan təxminən 12 mini partlayış anında, böyük bir qismin isə daha sonra yaşanan aclıq və xəstəliklərdən öldüyü düşünülür.  Partlayış Yer kürəsinin ekologiyasına mənfi təsir göstərib, 1816-da Şimal yarımkürədə yay mövsümündə qar görülməsinə səbəb olub. Bu səbəblə 1816-cı ili “Yaysız il” elan ediblər.

1883 – Krakatoa vulkanı

1883 - Krakatoa Yanardağı

Karakatau Vulkanı 1883-cü ildə gözlənilməz bir şəkildə fəaliyyətə keçib. Partlayışı miqyası yüzlərlə nüvə bombasının yaratmaq iqtidarında olduğu gücdə olub və hesablamalara görə, 30 metr hündürlüyündə nəhəng sunamilərin yaranmasına təkan verib. Yaranan bu sunamilər Karakatau adasını (13 kvadrat kilometr)  tamamilə “udub”. Partlayışda 35 min nəfər həyatını itirib.

1945 – Xiroşima atom bombası

1945 - Hiroşima Atom Bombası

1945-ci ildə atom bombardmanına məruz qalmış ilk şəhər Yaponiyanın Xiroşima şəhəridir. Amerika prezidentinin fərmanı ilə birinci 5 tonluq  bomba avqustun 6-da Xiroşima şəhərinə “Balaca oğlan” adlı təyyarədən buraxılıb. Şəhərin 60 faizi partlayış nəticəsində tamamilə məhv olub, partlayış, yanğınlar və güclü şüa xəstəliyi nəticəsində 200 mindən çox insan həlak olub.

1954 – Kastl Bravo

1954 - Castle Bravo

1954-cü ildə Kastl Bravo adlı hidrogen bombası 15 meqatonluq qüvvə ilə partlayıb. 5 kilometr yüksəkliyindəki alov topundan yayılan radioaktiv dalğalar əsən şərq küləyi ilə 120 kilometrdən çox əraziyə yayılıb. 100 kilometr uzaqdakı balıqçı gəmisində olan yaponlar və Rongelap adasının bütün sakinləri  radioaktiv maddədən zəhərləniblər.

1961 – Çar bombası

1961 - Çar Bombası

Çar hidrogen bombası 1961-ci ildə Novaya Zemlya adasında, Suxoy Nos məntəqəsində sınaqdan keçirilib. SSRİ-də yaradılmış bu silah 50-58 meqaton gücündə olub. Çar Bombasının müxtəlif kod adları var: Proyekt 700, RDS-200, RDS-202, AN602, Vanya, Böyük İvan, Kuzkinanın anası və s.

Bu silah Naqasaki və Xiroşima şəhərlərinə atılan nüvə silahlarından 1350 dəfə, İkinci dünya müharibəsi dövründə partladılmış bütün silahlardan 10 dəfə, 1883-cü ildə püskürmüş Krakatau vulkanının 25%-i, bütün nüvə sınaqlarını isə 10%-i gücündə olub. Silahın komponentləri akademik Yuli Borisiviç Xariton, Andrey Saxarov, Viktor Adamski, Yuri Smirnov və Yuri Trutnev tərəfindən yaradılıb.

Çar bombası sınaq ərazisinə modifikasiyalaşdırılmış Tu-95V təyyarəsi vasitəsi ilə çatdırılıb. Kola yarmadasından qalxan təyyarə çəkiliş aparan Tu-16 təyyarəsi ilə bir yerdə istilik zərbəsini minimuma endirmək üçün xüsusi reflektorlu ağ boya ilə rənglənmişdi. Bombanın çəkisi 27 ton, uzunluğu isə 8 metr idi. Bombaya əlavə olaraq 800 kiloqram ağırlığında paraşüt bağlanmışdı. Bu təyyarə heyətinə partlayış mərkəzindən 45 kilometr uzaqlaşmağa şərait yaradırdı. Bomba Moskva vaxtı ilə 11:32-də partladılıb. Alov kürəsi min kilometr məsafədən seçilirdi. Göbələk buludu 64 kilometr hündürlüyə, Stratosfer və Mezosfer təbəqələrinə qədər yüksəlib. Yaxınlıqda yerləşən yaşayış məntəqələri dağılıb, radioəlaqə 1 saat müddətində kəsilib. Sınaq iştirakçılarında biri 270 kilometr məsafədən partlayış işığını gördüyü üçün müvəqqəti korluq yaşayıb. Zərbə dalğası Norveç və Finlandiyada hiss edilib, 700 kilometr məsafədə yerləşən Dikson qəsəbəsində evlərin şüşələri qırılıb.

Çar Bombası bəşəriyyət tərəfindən icad edilmiş ən güclü silahdır. ABŞ-da sınaqdan keçirilmiş “Bravo qəsri” silahı 25 meqaton gücündə olub. Belə silahlar əsasən uzaq-mənzilli ballistik raketlər və ya təyyarələr vasitəsi ilə hədəfə çatdırılır. Bu tip nüvə silahları əsasən iri şəhərləri və ya müəyyən regionları məhv etmək üçün istifadə olunur.