Dünyadakı supergüclər milyardlarla dollarlıq müdafiə sənayesi büdcələri ilə ordularını yeni silahlarla təmin etmək üçün çalışır.

Gündən-günə inkişaf edən texnologiya ilə birlikdə müasirləşən silah-sursatların qiymətləri bir çox ölkənin ümumdaxili xərclərindən belə qat-qat çox olur.

Minval.info Publika.az-a istinadən dünyanın ən bahalı silahlarını təqdim edir:

10. INS Vikramaditya

Qiyməti: 2 milyard 350 milyon dollar

Rusiyanın Hindistana satdığı “INS Vikramaditya Kiyev” tipli təyyarə gəmisi 285 metr uzunluğundadır. Gəminin 44.500 ton ağırlığı ve 2 000 nəfərlik heyət daşımaq potensialı var.

9. B-2 Spirit Stealth Bomber

Qiyməti: 2 milyard 400 milyon dollar

22 679 kiloqram ağırlığında bomba daşıya bilən B-2 Spirit Casus bombardman təyyarəsi dizaynı və quruluşu sayəsində hava radarlarına düşəmür.

8. Varyag Təyyarə Gəmisi

Qiyməti: 2 milyard 400 milyon dollar

SSRİ-nin 1991-ci ildə dağılmasından sonra Ukraynanın əlinə keçən və o dövrdə 70%-i tamamlanmış “Varyag” motorsuz şəkildə Çinin səyahət agentliyinə 20 milyon dollar satılıb.

7. Virciniya tipli sualtı

Qiyməti: 2 milyard 500 milyon dollar

ABŞ istehsalı olan bu sualtı gəmi nüvə reaktoruna sahibdir. Casusluq, kəşfiyyat, dərin və dayaz dəniz savaşları üçün ideal olan gəmidə 4 torpedo, 12 raket rampası var. Tək atışla 16 reys raküt göndərə bilən sualtı 29 meqavatt enerji potensialına malik motora sahibdir.

6. USS Amerika

Qiyməti: 3 milyard 400 milyon dollar

ABŞ donanmasının ən yeni hücum təyyarəsi gəmilərindən olan USS Amerika LHA 6 Amerika tipli amfibiya. 11,000 dəniz milini 16 knotta, 22,000 mili ise 12.5 knotta gedə bilir. USS 10-u hücum təyyarəsi olmaqla, toplamda 34 təyyarə daşıyır.

5. Çarlz de Qulle Təyyarə Gəmisi

Qiyməti: 4 milyard dollar

İstehsalına 1986-cı ildə başlanan və yalnız yaxın zamanlarda dənizə endirilən Çarlz de Qalle fransızların ilk nüvə təyyarə gəmisi. 261.82 metr uzunluğa, 62.78 metr enə sahib gəminin motoru 117 000 kilovatt enerji istehsal edir. Gəmi 40 təyyarə və 1900 nəfərlik heyət daşımaq gücünə malikdir.

4. HMS Astute

Qiyməti: 5 milyard 500 milyon dollar

İngiltərənin kral donanmasına aid HMS Astute Nimitz tipli sualtı gəmi.

3. DDG 1000 Zumwalt Tipli “Qalay Qutu”

Qiyməti: 7 milyard dollar

ABŞ donanmasının ən son texnologiya ilə istehsal edilmiş avtomat sisteminə sahib DDG 1000 Zumwalt elektromaqnit təyyarəsi ilə düşmənə göz dağı verir.

2. HMS Kraliça Yelizaveta

Qiyməti: 9 milyard 300 milyon dollar

279.80 metr uzunuluğa, 70 metr enə sahib HMS Kraliça Yelizaveta İngiltərə donanmasının ən böyük gəmisidir. 65 000 ton ağırlığı olan gəmi tək depo ilə 10 000 dəniz mili yol gedə bilir.

1. USS Gerald Ford

Qiyməti: 13 milyard dollar

Dünyanın ən bahalı hərbi sursatı olan USS Gerald Ford 337.10 metr uzunluğu ilə sanki üzən bir şəhər kimi görünür. Radara düşməsi haradasa mümkünsüz olan bu təyyarə gəmisində 4000 dəniz piyadası olmaqla, 5000 nəfərlik heyət işləyə bilir. ABŞ-ın hərbi qaynaqlarına görə, USS Gerald Ford 2019-cu ildə bütün potensialı ilə istifadəyə veriləcək.