Ä°lgili resimFransanın əfsanəvi futbolçusu və hazırda məşqçi kimi çalışan Zinəddin Zidanın Azərbaycana səfər edəcəyi gözlənilir.

Minval.info xəbər verir ki, bu barədə jurnalist Sənan Şəfizadə məlumat yayıb. Onun sözlərinə görə, Zinəddin Zidanın yaxın aylarda Bakıya gələcəyi ehtimal olunur.

Təcrübəli mütəxəssisin hansı səbəbdən Azərbaycana gələcəyi barədə məlumat verilmir.

Z.Zidanın Bakıya gəlməsi ilə bağlı rəsmi müzakirələrin aparıldığı qeyd edilir.