İnsanlıq tarixinin daha ilk çağlarından bu yana dünyada saysız-hesabsız müharibələr olub. Güclü olanın gücsüzü əzməsi də məhz elə keçmişdən bu günümüzə gəlib, çıxan bir reallıqdır. Bu müharibələrin bəziləri aylarla, bəziləri isə illərlə davam edib.

Lakin dünya tarixinin ən qısa savaşı, cəmi 38 dəqiqə çəkən  müharibə haqqında eşitmisinizmi?

Sizlərə bu maraqlı müharibə haqqında məlumatları təqdim edirik.

Şərqi Afrikanın Tanzaniyaya bağlı Zanzibar adasında baş verən bu müharibənin səbəbi idarəçilikdəki boşluqlar olub. 1890-cı ildə İngiltərə və Almaniya tərəfindən imzalanan anlaşamya görə, strateji baxımdan, Şərqi Afrika adası İngiltərə imperatorluğunun nəzarətində olmalı idi.

38 Dakika Süren Dünya Tarihinin En Kısa Savaşı!

Zanzibar sultanı olan Hamad bin Thuvaini 3 il davam edən hökmranlıqdan sonra öldü. Onun ölümündən sonra adada işlər qarışmağa başladı. Bir çox şəxs özünü Zanzibarın yeni sultanı elan etməyə başlamışdı. Bir yandan da sultan Hamad bin Thuvaininin öz qohumu tərəfindən zəhərlənərək, öldürüldüyü iddia edilirdi.

Картинки по запросу Hamad bin Thuwaini

Hamad bin Thuvaini

Həmin şəxs öldürülən sultanın xalası oğlu Halid bin Barghash idi. Özünü sultan elan edib, ingilis imperatoruğundan da dəstək gözləyən Barghashın planları baş tutmadı. İmperatorluğun qərarı ilə taxta başqa bir sultan təyin olundu. Yeni sultan Hamoud bin Muhammed idi. İmperatorluq tərəfindən verilən ultimatuma görə, Barghash 1896-cı ilin 27 avqustunda səhər saat 09:00-a kimi sarayı tərk etməli idi.

Halid bin Barghash

Taxt-tacı əldən verməmək üçün Barghash 3 adanın sahilinə min nəfərlik ordu topladı. İngilis imperatorluğu tərəfindən göndərilən 5 savaş gəmisi isə Barghash üçün gözlənilməz sürpriz oldu. Durumun ciddiyyətini anlayan Barghash gəmidə hərbçilərlə birlikdə gələn səfirdən yardım istəsə də, ona kömək olunmadı. Verilən vaxtdan iki dəqiqə sonra – saat 09:02-də atəş açılmağa başladı.

38 Dakika Süren Dünya Tarihinin En Kısa Savaşı!

Saat 09:02-də başlayan müharibə 09:40-da ingilis ordusunun qələbəsi ilə başa çatdı. Bu müharibə tarixə 38 dəqiqəlik savaş olaraq keçdi.

38 Dakika Süren Dünya Tarihinin En Kısa Savaşı!

Oradan güclə qaçıb, canını xilas edən Barghash isə Almaniya konsulluğuna sığındı. İngilislər almanlardan Barghashı onlara təslim etmələrini istədilər. 1896-cı ildə Barghash oradan da qaçdı. Bir müddət qaçaq həyatı yaşayan Barghash 1916-cı ildə ingilis ordusu tərəfindən yaxalandı.

Musavat.com

38 Dakika Süren Dünya Tarihinin En Kısa Savaşı!

38 Dakika Süren Dünya Tarihinin En Kısa Savaşı!

38 Dakika Süren Dünya Tarihinin En Kısa Savaşı!

38 Dakika Süren Dünya Tarihinin En Kısa Savaşı!