Dünya milyarderlərinin siyahısı açıqlandı

“Bloomberg” dünya milyarderlərinin reytinq siyahısını dərc edib.

“Ölkə.Az” xəbər verir ki, siyahıya liderliyi “Amazon” şirkətinin banisi Ceff Bezos edir. Onun 142 milyard dollar pulu var.

İkinci yerdə “Microsoft”un qurucusu Bill Qeytsdir. Onun isə 94.2 milyard dollar var.

“Facebook”un qurucusu Mark Zukerberq investor Uorren Baffeti keçərək üçüncü pilləyə keçib. Markın 81.6 milyard dollar pulu var.

Dördüncü yerdə qərarlaşan Baffetin isə pulu 81.2 milyard dollardır.

Beşinci pillədə isə “Louis Vuitton Moet Hennesy” şirkətinin rəhbəri Bernar Arnodur. Onun 78.8 milyard dolları var.