Ölümlə yolların harada kəsişəcəyini bilmək olmur. Bəzən yuxuda, bəzən yolda, bəzən də futbol oynayarkən. Təəssüf ki, azarkeşin dəstəyini arxanıza almağınız bu sonu təxirə salmır.

Futbol tarixinin ən pis hadisələri də, sözsüz, meydanda həyatını dəyişən futbolçular haqqında olub. Bir az əvvəl  adını qışqırdığınız oyunçunun birdən yıxılıb həyatını dəyişməsindən daha pis nə ola bilər ki?

Eyni sonu paylaşan həmin oyunçulardan bəzilərini təqdim edirik.

“York City” forması geyinən ingiliz oyunçu David John Longhurst 1990-1991 mövsümünün üçüncü həftəsidə meydanda infarkt keçirdi. Dərhal xəstəxanaya qaldırılan oyunçu elə orada da həyatını dəyişib. O, 69 illik Amerikan futbol tarixində meydanda ölən ilk futbolçu olub.

 

2003 FİFA Konfederasiyası kubokunda yarımfinal oyununda “Stade de Gerland”da Kamerun-Kolumbiya oyununun 71-ci dəqiqəsində qəflətən yerə yıxılan Marc-Vivien Foeni əvvəl heç kim görməyib. Amma Foe yerdən qalxmadığı kimi hərəkət də etmirdi. Hakim oyunu saxlayanda Foe şüurunu itirmişdi. Kameralar onu göstərəndə Foenin gözləri yuxarı doğru çox qorxunc şəkildə baxırdı. Pis xəbər oyunun sonunda gəldi. Marc Vivien Foe hələ 28 yaşında meydanda ürək çatışmazlığından milyonlarca fanatının gözü qabağında həyata gözlərini yumdu.

Quatemala Milli komandasının qapıçısı Josue Dany Ortiz 2004 ilində Quatemala liqasında “Municipal” komandasının formasını geyindiyi liqa qarşılaşmasında “Comunicaciones” komandasının hücumçusu  Rodrigez ilə hava topuna çıxarkən toqquşdular. Sinəsinə sərt zərbə alan şanssız qapıçı yerə sərilib. Təcili xəstəxanaya qaldırılan oyunçunun ürəyinin dayandığı məlum olub. Qapıçının ölümü bütün ölkəni yasa boğub.

Olivier Petit məşhur fransız futbolçusu Emmanuel Petitin futbolçu olan və 1987 ilində meydanda infarkt keçirdərək həyatını dəyişən qardaşıdır. Minval.info xəbər verir ki, Emmanuel Petit futbol oynadığı müddətdə qardaşının xatirəsini hər oyunun əvvəlində meydançadan bir ovuc ot götürüb havaya ataraq anırdı.

Sol qanad oyunçusu, “Sevilla” forması geyinən Antonio Puertanın 2007 mövsümünün ilk həftəsində baş tutan “Getafe” oyununda birdən halı pisləşib və şüurunu itirmiş şəkildə yerə yıxılıb. Meydanda edilən müdaxilənin ardından xəstəxanaya aparılan ispaniyalı oyunçu bir müddət komada qalıb. Süni tənəffüs aparatı ilə həyata tutunmağa çalışan oyunçu komadan çıxa bilməyib və uşağının dünyaya gəlməsinə iki ay qala öz dünyasını dəyişib.

 

Fərid Özay