Azərbaycanda bir neçə saatlıq elektrik enerjisinin yoxluğu əlimizi ayağımıza dolaşdırmağa kifayət etdi.

Halbuki babamızın babasının babası bu kəşfin varlığından bixəbər olub. Demək olarki həyatımızın hər sahəsində bu kəşfin faydası ilə qarşılaşırıq, o zaman deyə bilərik ki, elektrik insanoğlunun ən böyük kəşfidir.  Bəs elektrik getsə və bir daha gəlməsə, onda necə ?

Minval.info indi sizə elektrik enerjisiz bir həyatı təsvir edəcək. İlk olaraq fabriklərin fəaliyyəti dayanar. Ehtiyaclarımızı marketdən alaraq qarşıladığımız günlərin sonuna gələ bilərik.

Su və kanalizasiya sistemləri çökər və bir müddət sonra yağış suyunu içmək məcburiyyətində qalarıq.

İşıqlar gedər, peyklər və digər cihazlar işləməz. Elektrik enerjisinin getdiyi andan etibarən havada olan təyyarələrin aşağı enməsi çox çətinləşər və elektrik enerjisinin ilk toplu ölümləri aşağı enə bilməyən təyyarələr səbəbindən gerçəkləşər.

İnternet deyə bir şey qalmaz, bəlkə biz də əcdadlarımız kimi məlumatı poçt göyərçinləri ilə ötürmək məcburiyyətində qalarıq. Ağıllı telefonların zibildən fərqi qalmaz. Artıq istəsək telefonlarımızdan çəkic əvəzi də istifadə edə bilərik. İlk zamanlar var olan texnoloji yeniliklərin xatirəsi ilə yaşayarıq. Artıq aylar, illər sonra xatirəyə çevrilmiş texnologiyaların şəklini divarlara çəkərək, gələcək nəsillərə bunların varlığından məlumat verə bilərik.

Sonrakı illərdə getdikcə ibtidai dövrə gedən insanlıq üçün təyyarə qeyri-adi uçan cisimlərə, maşınlar nağıl personajlarına, telefonlar, internet, digər cihazlarsa, sadəcə yuxuya çevrilər. Necəki qədim dövlərdə miflər var idi, bizim üçün də artıq bu yeniliklər mifə çevrilə bilər.

Ən dəhşətli mənzərə nüvə və atom stansiyalarında yaşanar ki, bu da insanlığı sonu deməkdir. Elektrik enerjisinin yoxluğunda nüvə stansiyalarının reaktorları idarə edilə bilmədiyi üçün əriməyə başlayar. Bu reaktorların əriməsi nəticəsində yaranacaq radioaktiv kirlilik demək olar ki, bütün canlı orqanizmin məhvi deməkdir.

Elektrik bizim üçün dəyərlidir, lakin həyatımızın sonu olmaması üçün daha qənaətli və diqqətli olmalıyıq. Arzu edirik ki, heç olmasa bütün nüvə və atom stansiyaları bağlanana qədər elektrik enerjisiz qalmarıq.

Məleykə

Minval.info