2015-ci ildə yüngül atletika üzrə dünya çempionu olan Nikolas Bett avtomobil qəzasında həlak olub.

Sədlərlə 400 metr məsafəyə qaçış üzrə sabiq dünya çempionunun ölümü barədə Keniya Atletika Federasiyası məlumat yayıb.

Minval.info xarici KİV-ə istinadən bildirir ki, hadisə Keniyada baş verib.

Keniyalı dünya çempionu evinə gedərkən ağır qəzaya düşərək dünyasını dəyişib.

28 yaşında vəfat edən Bett 400 metr məsafəyə qaçış üzrə dünya çempionu olub.