Dünya Çempionatı 2018-in final matçının baş hakimi məsələsində qızğın müzakirələr aparılır.

Minval.İnfo Publika.az-a istinadən xəbər verir ki, çempionatın finalının türkiyəli referi Cüneyt Çakıra tapşırılacağı gözlənilir.

Türkiyəli hakimə 1/4 final oyunlarında matç verilməməsi də bu iddianı dərinləşdirir.

Rusiyadakı çempionatda Mərakeş-İran, Nigeriya-Argentina matçlarını uğurla idarə edən, ikinci matçda VAR sistemini istifadə edərkən böyük rəğbət toplayan C.Çakırın adı evlərinə geri qayıdan baş hakimlərin arasında olmayıb.

Özünə güvənən və soyuqqanlı tərzdə matç idarə edən referinin final matçında çıxış etməsi ölkəsi üçün böyük üstünlük deməkdir.