Bu il Kristiano Ronaldo və Lionel Messi mundialı ərkən tərk etdi.

Baxmayaraq ki, iki futbolçu da bu il çempionatı qazanmağı özlərinə məqsəd qoymuşdu, onlar heç bu məqsədə azaca da olsa yaxınlaşa bilmədilər.

Ronaldo və Messi yeganə ulduzlar deyil ki, bu çempionatı qazana bilməyib.

Minval.İnfo heç zaman mundialı qazana bilməyən əfsanə futbolçuları təqdim edir.

Yohan Kruff

Ronaldo və Messidən fərqli olaraq Kruff bu çempionatın finalına qədər irəliləyə bilib. Lakin 1974-cü ildə Hollandiya ilə Qərbi Alamaniyaya uduzaraq kubokun bir addımlığından dönür.

Palo Maldini

“Milan”ın əfsanəvi müdafiəçisi qırmızı-qaralarla klub səviyyəsində bir çox uğura imza atıb. Lakin heç zaman mundial qalibi ola bilməyib.

Corc Best

“Mançester Yunayted”-in əfsanəvi futbolçusu Şimali İrlandiya ilə bu mundialda uğur qazana bilməyib.

Ferenc Puskas

“Real Madrid”-in əfsanələrindən olan bu futbolçu heç zaman Macarıstanla DÇ-nın qalibi ola bilməyib.

Alfredo Di Stefano

“Real Madrid” əfsanəsi Di Stefano 3 millidə çıxış etməsinə baxmayaraq heç biri ilə DÇ-nın qalibi ola bilməyib.

Ziko

Ziko azsaylı DÇ-nı uda bilməyən əfsanə braziliyalılardan biridir.

Marko Van Basten

Hər  hollandiyalı futbolçu kimi Van Basten də DÇ-nı uda bilməyib.

Mişel Platini

“Yuventus”-un əfsanəvi fransalısı da bu listə daxildir.

Eusebio

Ronaldonun həmyerlisi də Portuqaliya ilə bu çempionatın qalibi ola bilməyib.

Tamerlan

Minval.info