Rusiyadakı futbol üzrə dünya çempionatı hazırda bütün dünyanın gündəmindədir. Bu il yeni texnologiyaların tətbiqi çempionata tamamilə başqa bir dad qatıb.

Bura qatılan millilər isə hər oyuna maksimum dərəcədə motivasiyalı çıxmağa çalışır. Bunun üçün  müxtəlif totemlər, rituallar edən millilər də var.

Minval.İnfo bu məqalədə dünya çempionatı millilərinin və futbolçuların paltar dəyişmə otaqlarında etdikləri rituallardan bəhs edəcək.

Portuqaliya millisi üzvləri oyunlara xüsusi qoruyucular ilə çıxır. Bu qoruyucuların digərlərindən fərqləri futbolçuların sevdiklərinin şəkillərinin qoruyucuların üzərində olmasıdır. Millinin aparıcı oyunçusu Ronaldo qoruyucusunun üzərinə ailəsinin şəkilini həkk etdirib.

Bundan yalnız portuqaliyalı oyunçular istifadə etmir. Belə ki, alman ulduz Müller də uğur gətirsin deyə Podolskinin qoruyucularından istifadə edir.

Uruquvaylı ulduz isə bir qədər fərqli metoddan istifadə edir. O, oyun öncəsi öz yerindən ailəsinin çərçivəyə salınmış şəkilini baş ucundan ayırmır.

Cənubi Amerikadan digər ölkə Argentina isə oyun öncəsi otaqlara dini əşyalar yerləşdirir.

Peru millsinin futbolçuları isə matç başlamamışdan öncə dualar edirlər.

Otaqlarında isə şamlar və müqəddəslərin şəkilləri olur.

Mərakeş və Rusiya millsinin futbolcuları isə oyundan öncə başqa cür motivasiya olmağa çalışırlar.

Tamerlan

Minval.info