Dünya çempionatında partlayış etməsi gözlənilən 10 gənc futbolçu

Futbol üzrə dünya çempionatının başlamasına çox az bir müddət qalıb. Artık mundialda iştirak edəcək 32 komanda öz heyyətlərini açıqlayıb.

Minval.İnfo dünya çempionatına qatılacaq 736 oyunçudan parlaması gözlənilən 10 gənc futbolçunun adlarını təqdim edir.

Uilfred Ndidi (21)

“Lester siti”-yə Enqola Kantenin yerinə gətirilən nigeriyalı gənc futbolçu  Kante efekti verməsə də uğurlu çıxışı ilə yadda qaldı. Dağıdıcı futbolu ilə bilinən oyunçunun dünya çempionatındakı çıxışı maraqla gözlənilir.

Yuri Tilemans (21)

Belçikalı gənc futbolçu yaradıcı oyunla “Monako”-nun diqqətini mövsüm əvvəli çəkməyi bacarmışdı. Tez müddətdə komandaya alışan oyunçu hazırda Belçika millisinin heyyətində süpriz edə biləcək oyunçular arasındadır.

Albert Qudmunson (20)

Sürətli reydləri ilə seçilən islandiyalı futbolçu “PSV” klubunun əsas oyunçularından biridir. Sağ cinahda oynayan futbolçunun necə çıxış edəcəyi maraqla gözlənilir.

Qonsalo Quedeş (21)

Təhlükəli ötürmələri ilə seçilən portuqaliyalı futbolçu mundialda oyunu ən çox maraqla gözlənilən oyunçulardandır. Hazırda onunla maraqlanan komandalar arasında avropa nəhənglərinin adları hallanır.

Trent Aleksandr Arnold (19)

“Liverpul” klubunun gənc cinah müdafiəçisi bu il baxımlı oyunu ilə yadda qalıb. Müdafiədə ehtiyyatlı oyunu, sürəti və hava toplarında hakimiyyəti fərqlənən oyunçu çempionatda çıxışı maraqla gözlənilir.

Osman Dembele (21)

“Borrusia Dortmunt”-dan “Barselona”-ya 105 milyon avroya transfer olunana futbolçu bu il zədələr səbəbindən oyunların çoxunu ötürməli olub. Fransız futbolçu üçün Dünya çempionatı xüsusi əhəmiyyət kəsb edir.

Rodriqo Bentakur (21)

“Yuventus”-a keçdikdən sonra yalnız 5 oyunda çıxış edən uruquvaylı futbolçunun potensialı böyükdür. Mundialın onun öznü göstərməsi üçün yaxşı fürsət olduğunu deyə bilərik

Markus Reşford (20)

“Mançester Yunayted”-in ulduzu Heri Keyn ilə birlikdə İngiltərə millisinin əsəs hücum silahlarından biri olacaq.

Qabriel Jesus (21)

Braziliyalı oyunçuya olan inam həddən artıq böyükdür. Ronaldo Nazario onun tək sələfinin Jesus olduğunu deyib. Qabrielin mundialdakı çıxışı maraqla gözlənilir.

Kilian Mbappe

Bir çoxları düşünür ki, Mbappe və Anri arasında böyük oxşarlıq var və bu oxşarlıq dünya futboluna ən maraqlı perspektivlərdən birini verəcək.

Tamerlan Mehdi

Minval.İnfo