Dünya çempionatının başlamasına çox az bir müddət qalıb. Artıq bir çox iştirakçı ölkənin heyətləri Rusiyaya çatıb.

Minval.İnfo iştirakçı ölkələr haqda ən son xəbərləri təqdim edir.

Neymar hələ də istirahət edir

Rusiyada isti havanın hakim olmasından istifadə edən Braziliyanın heyəti Soçidə istirahət edir.

Şəkildə Neymar və Luiz Soçidə, çimərlikdə əyləndikləri aydın görülür.

Meksika millisinin üzvü seks partisi iddialarını təqzib etdi

Bir neçə gün öncə Meksika millisinin üzvlərinin seks partisi təşkil etmələrinə dair xəbərlər yayılmışdı. Xəbərdə millinin 4 üzvünün bir evdə yığışıb, eskortlar çağıraraq parti etdikləri bildirilmişdi. Bu iddialardan sonra Xavier Hernandez açıqlama verib. Açıqlamada evdə onun ad gününün qeyd edildiyi və heç bir eskortun çağırılmadığı deyilib.

Tamerlan

Minval.info