“Dünya Bankı tütün və tütün məmulatlarının idxalı üçün meəyyən edilmiş vergi dərəcələrinin artırlmasını dəstəkləyir”.

Bunu “Report”a açıqlamasında qurumun Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi deyib.

Onun sözlərinə görə, siqaret idxalına tətbiq edilən vergilərin artırılması insanların həm səhhəti, həm də gəlirləri baxımından müsbət addımdır.

“Azərbaycanda siqaret idxalına tətbiq edilən vergilərin dərəcəsi region ölkələri ilə müqayisədə azdır və onların gələcəkdə artırılması potensialı böyükdür. Hesab edirəm ki, buna daha çox diqqət yetirilməlidir. Bilirəm ki, vergi administrasiyası bu məsələ üzərində də çalışır. Bəzi ölkələrə fikir versək görərik ki, onlarda vergi siqaretin qiymətinin təxminən 40-50%-nə bərabərdir. Azərbaycan isə bu məsələdə bir qədər geri qalır”.