Xəbər verdiyimiz kimi, müdafiə sənayesi naziri Yavər Camalovdünən vəfat edib. 69 yaşlı Y. Camalov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və günorta saatlarında Bakıda evində səhhəti qəfil pisləşib və dünyasını dəyişib.

Minval.info unikal.org-a istinadən verdiyi məlumata görə, Y. Camalovu nazirin müavini Yəhya Musayev əvəz edir.

Qeyd edək ki, Y. Musayev Azərbaycan Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib.