İstirahət günləri Azərbaycanda baş verən yol qəzalarının statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb.