Xaçmazda mikroavtobus qəzasıqezaÖtən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 11-də ölkədə 119 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.