Ötən gecə Ukraynanın paytaxtı Kiyevdə Çempionlar Liqasının final oyunu keçirilib və “Real” “Liverpul”a 3:1 hesabı ilə qalib gələrək ardıcıl üçünü dəfə kuboka sahib çıxıb.
Minval.info xəbər verir ki, finala məşhur müğənni Dua Lipa damğa vurub. Oyundan öncə konsert verən sənətçi möhtəşəm səhnə şousu ilə izləyiciləri heyran edib.
Qeyd edək ki, Kosova əsilli müğənni Dua Lipa 1995-ci ildə Londonda doğulub. O, dünya miqyasında 2,2 milyon albom satıb, “New Rules” adlı mahnıya çəkdirdiyi kilp “Youtube”da 1 milyarddan artıq izlənilib. “Brit Awards 2018” müsabiqəsinin ikiat qalibi olan sənətçi “Formula 1” Qran-prisi çərçivəsində aprelin 29-da Bakı Kristal Zalında konsert proqramı ilə çıxış edib.