Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

2018-ci ilin 10 oktyabr tarixində daxil olan əməliyyat məlumatına əsasən, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasına nail olunub.

Həmin tarixdə saat 02:40 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon Arvana kəndi ərazi­sindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respub­likasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə olunub.

Hərbi qulluqçular tərəfindən sərhəd pozucuları saxlanılaraq sər­həd zastavasına gətirilmiş, onların üzərinə baxış keçirilərkən 1 ədəd qara rəngli əl çantasının içərisində 6 ədəd polietilen bağlamada 5 kq tiryək aşkar edilib.

Saxlanılmış sərhəd pozucularının şəxsiyyəti müəyyənləşdirilib, onların İran İslam Respublikası vətəndaşları – 1990-cı il təvəllüdlü Pənahi İbrahim Əli və 1993-cü il təvəllüdlü Nəravi Mehdi Əhməd olmaları məlum olunub.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.