İnsan sosial varlıqdır. Yalnız qalmağı bacarmır. Çünki bu səhhətimizə zərərlidir.

Yalnız insanlarda erkən ölüm riski 45% daha çoxdur.

Minval.İnfo xəbər verir ki, “Berkerly” universitetinin alimlərinin araşdırmalarına görə, insanın yuxu rejimi ilə sosiallaşmaq arasında əlaqə mövcuddur. Araşdırmanın gəldiyi qənaətə görə az yatmaq sizin sosial həyatınızı məhv edə bilər.

Alimlərin sözlərinə görə, az yuxu qəbul etmiş insanlar ətrafına qarşı diqqətsiz olur və digərlərinə qayğı göstərmir.

Dr. Metyu Uolker deyir ki, yuxusuzluq insanı başqalarından soyudur və bizi sosial azlığın bir parçası edir:

“Nə qədər az yuxu alsan, bir o qədər çox sosial əlaqədən çəkinərsən. Yaxşı yuxu qəbul etmədən qarşılıqlı əlaqələrdə uğur qazana bilməzsən və daha sonra da yalnızlıq insanı tapar”.

1000 nəfərin iştirakı ilə keçirilmiş sınaqda iştirakçılara yalnızlığa aid videolar göstərilib.

Daha az yuxu qəbul etmiş insanlar videolara baxdıqdan sona digərləri ilə daha az qaynayıb-qarışmağa meyl edib. Ancaq düzgün yuxu rejimi olan insanlar daha çox qarşılıqlı əlaqələr qurmağa çalışıb.

Tamerlan