Hülya Avşarın keçmiş həyat yoldaşı Kaya Çilingiroğlu müsahibəsində maraqlı açıqlamalar verib.

Minval.info saytı axşam.az-a istinadən bildirir ki, Kaya ev alqı-satqısı ilə məşğul olduğunu, TRT-də çalışdığını deyib.

Çilingiroğlu heç vaxt kiçik yaşlı biriylə ailə qurmayacağını deyib:

“Qızım Zəhranın 20 yaşı var. Evlənəcəyim xanım 25 yaşdan yuxarı olmalıdır”.

“Hülya Avşarın həyatında bundan sonra kiminsə olacağına inanmıram. Çünki onunla heç kim bacarmaz. Onunla olmaq asan deyil. Biz boşanandan sonra dostlarımın yarısı onunla münasibət qurmağa çalışdı” deyə, Kaya bildirib.