10 il bundan öncə, 1998-ci ildə 4 körpənin öldürülməsi ilə nəticələnən cinayətin pərdəarxası məqamları aydınlaşıb.

Minval.İnfo xəbər verir ki, 4 körpəsini boğaraq öldürən Katlen Folbiqin gündəliyi tapılıb. Bu gündəlikdə körpələrdən bezdiyi və onları bir daha görmək istəmədiyini yazıb. O, qız uşaqlarının bir dəqiqə belə susmamasına görə təngə gəldiyini də qeyd edib:

“Mən bilirəm ki, onlara qarşı səbirli deyiləm və bir az da qəddaram. Ancaq onlar da mənə heç cür kömək etmirlər”.

Qeyd edək ki, qadın körpələrin ölümündə günahı olmadığı və onları boğmadığını söyləsə də 40 illik həbs cəzasından özünü qurtara bilməyib.

Tamerlan