Daha dörd xarici şirkət ölkədəki nümayəndəliyini və filialını bağlayıb. 

Minval.İnfo Vergilər Nazirliyinə isitinadən xəbər verir ki. “ABB. AS” şirkətinin Azərbaycan respublikasındakı filialı ləğv olunduğunu elan edib.

Keditorlar tələblərini Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, ev 90a, Landmark Ofis Plaza, 12-ci mərtəbə ünvanına bildirə bilərlər.

“KONGSBERG OİL and GAS TECHNOLOGİES A.S” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153,  Port Baku Trues Biznes Mərkəzi, Cənub Qülləsi, 9-cu mərtəbəyə bildirə bilərlər.

Bundan əlavə, “İNTEREX SERVİCE GROUP LLP” şirkətinin, eləcə də, “NOVACOTEK  TRANSPORTATİON AND DELİVERY SERVİCES LLP” Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.

Azərbaycanda nümayəndəliyi ləğv olunan şirkətlər arasında İtaliyanın neft və qaz sektorunda qazma xidmətləri, eləcə də, mühəndis, satınalma, kompleks layihələr, tikinti və boru kəmərləri, torpaq və dənizdə quraşdırma sahəsində dünya liderlərindən biri olan “Saipem S.p.A” da var.

Şirkətin kreditorları iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96, Landmark 1, 3-cü mərtəbə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, 43 min işçisi olan, dünyanın 60 ölkəsində fəaliyyət göstərən şirkət TAP konsorsiumu ilə layihənin dəniz hissəsində Layihələndirmə, Tədarük, Tikinti və Quraşdırma (EPCİ) işlərinin aparılması ilə bağlı bir neçə müqavilə imzalayıb.