ABŞ prezidenti Donald Tramp həftəsonu tvitlərini keçən ilin avqustunda vəfat edən, ölkənin iki siyasi qanadının da böyük hörmətini qazanmış və vaxtilə Vladimir Putinə qarşı sərt mövqeyi ilə tanınan Con Makkeynə həsr edib.

Donald Tramp özünün Rusiya ilə bağlantılara malik olması haqqında “yalan və tamamilə iftira dolu dosye”ni yaymasını mərhum senatorun reputasiyası üçün “qara ləkə” hesab etdiyini yazıb.

Qeyd olunur ki, bu günlərdə respublikaçı prezidentə yaxınlığı ilə bilinən və onun siyasətini müdafiə edən Fox News kanalı Con Makkeynin 2016-cı ilin dekabrında ABŞ prezidentinə qarşı komromatlara malik olan “rus agentləri” barədə informasiyanı Federal Təhqiqatlar Bürosuna və mətbuata ötürdüyünü xəbər vermişdi.

“Makkeyn Barak Obamanın “Obamacare” deyə bilinən (çalışan vətəndaşların sığorta olunması zərurətini gətirən) qanunun ləğvinin əleyhinə səs verməklə özünü daha da ləkələndirib”, – deyə Donald Tramp daha da irəliyə gedib.

Donald Trama ilk reaksiya Con Makkeynin qızı Meqandan gəlib. Xanım Makkeyn prezidentə istirahət günlərini tvitter arxasında deyil, ailəsi ilə birlikdə keçirməyi məsləhət görüb. O, amerikalıların atasını sevdiyi qədər prezidentə nifrət etdiyini bildirib.