Həkimin cinayəti 32 ildən sonra məlum olub.

Minval.İnfo xəbər verir ki, Avstraliyanın Armideyl şəhərinin tanınmış diş həkimi azyaşlı uşaqlara hipnoz vasitəsilə cinsi-zorakılıq etdiyinə görə, həbs edilib.

82 yaşlı Verner Otto Şvarts, tibbi müayinə məqsədilə öyrədilən hipnoz vasitəsilə 17 cinayət işi törədib. Onun qurbanları 1981-1984-cü illərdə 16 yaşına çatmamış 4 oğlan uşağı olub. Lakin həmin şəxslər həkimin cinayəti barəsində  2013-cü ildə polisə şikayət ediblər.

Dindirilmə prosesi zamanı həkim etiraf edib ki, hipnozu yalnız müalicə zamanı uşaqların ağrı hiss etmələri üçün deyil, həmçinin cinsi- zorakılığı xatırlamasınlar deyə edib. İllər keçməsinə baxmayaraq bu dəhşətli anları unutmayan qurbanlar həkimin cinayəti barəsində mühafizə orqanlarına şikayət ediblər.

Şikayət zamanı onlar bildiriblər ki, illər ərzində susmalarının səbəbi həkim Şvartsın cəmiyyətdə nüfuzlu şəxs olması və bu nüfuzdan qorxmaları olub. Məhkəmənin qərarına əsasən cinayətkara 8 il hökm oxunub. Lakin yerli sakinlər hakimin qərarından narazı qalaraq Şvartsın belə bir dəhşətli cinayət törətdiyinə inamadıqlarını bildiriblər.

Zeynəb Əkbər

Minval.İnfo