“Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanın bu ölkədəki səfirini qəbul etməsi diplomatik protokolda istisna hallardan biridir və bu Azərbaycanla Belarus arasında münasibətlərin və qarşılıqlı hörmətin yüksək səviyyəli inkişafının təzahürüdür”.

Minval.İnfo xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

XİN-nin açıqlamasında deyilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Belarusa gözlənilən səfəri ikitərəfli əlaqələri daha da inkişafına təkan verəcək və ölkələrimiz arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

O ki qaldı Ermənistan XİN-in mətbuat katibinin açıqlamasına, dövlət başçıları ilə əlaqədar bu qəbildən olan fikirlərin səsləndirilməsi diplomatik etika və protokol qaydalarına ziddir. Hesab edirik ki, KTMT çərçivəsində müttəfiq dövlətlər bu kimi ifadələrin işlədilməsinə həssaslıqla yanaşmalıdır”.

Qeyd edək ki, Ermənistan XİN-in mətbuat xidmətinin rəhbərinin Belarus Prezidenti və Azərbycan səfiri arasında keçirilmiş görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı məsələlərin müzakirə olunmasını “düzgün olmayan” addım kimi qiymətləndirib.