Set Velç və Taitana Vusari cütlüyü 10 aylıq uşaqlarının ölümündə günahlandırılaraq həbs edilib.

Məhkəmə onları məsuliyyətsiz davranmaqda günahlandırılıb. Cütlük ilkin məhkəmədə ömürlük həbslə cəzalandırılıb.

Minval.İnfo xəbər verir ki, 10 aylıq körpənin ölümünə səbəb valideyinlərinin dini inancları olub. Qatı xristian olan cütlük uşaqlarını vaksinasiya etdirməyib. Set Velç “Tanrı xəstəliklərin hökmdarıdır” deyərək körpəsini bütün tibbi müdaxilələrdən  yayındırıb.

Set Velç “Facebook” sosial şəbəkəsində uşağının vaksinasiya olunmaması haqda bunları qeyd edib:

“Əgər təkamül nəzəriyyəsi ən güclüləri həyatda qalacağını deyirsə. Onda niyə buna inananlar övladlarını vaksinasiya etdirirlər?”

Cütlüyün qəribə hərəkətləri məhkəmədə də özünü büruzə verib. Set Velç məhkəmə zamanı ağzı açıq şəkildə hakimin qərarlarına qulaq asıb.

 

Tamerlan