Türkiyədə fəaliyyət göstərən din xadimi qalmaqallı çıxışı ilə gündəm olub.

Minval.info xəbər verir ki, ilahiyyatçı İhsan Şenocak “gənc qayınanalar ehtiras oyadır” sözlərini deməklə müzakirələrə yol açıb.

Onun bu çıxışı din xadiminə baha başa gəlib. Belə ki, qalmaqal yardan sözlərdən sonra Dini İşlər üzrə İdarə tərəfindən İ.Şenocakın vəzifəsi endirilib. Bu qərardan sonra ilahiyyatçı qurumdan istefa verib.

O, bundan əvvəl çıxışlarından birində “şalvar geyinən qadınlar cəhənnəmlikdir” deməklə gündəmə gəlmişdi. Hətta onun bu sözlərinə görə din xadimi vəzifəsindən bir müddətlik uzaqlaşdırılıb. Bununla yanaşı, İ.Şenocak haqqında araşdırma aparılıb.  Lakin din xadimi yenidən əvvəlki vəzifəsinə qaytarılıb.

S.M

Minval.info