Məşhur türkiyəli müğənni Ajda Pekkan bu gün Heydər Əliyev Sarayında səhnəyə çıxıb. 

Minval.İnfo axşam.az-a istinadən xəbər verir ki,  hazırda davam edən konsertdə ifaçı sevilən mahnılarını səsləndirib. Ajda mahnıları ilə yanaşı, rəqsi, şousuyla da diqqət çəkib. Müğənni tamaşaçıları Azərbaycan dilində salamlayaraq deyib:

“Əziz azərbaycanlı dostlarım, xoş gəlmisiniz. Sizi burada görməkdən çox xoşbəxtəm. Sizin diliniz üçün ürəyim gedir. İllər əvvəl gələndə bu qədər yaxın dildə danışdığımızı başa düşməmişdim”.

Qeyd edək ki, Ajda Pekkan “Nargiz” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudovanın dəvəti ilə Bakıya gəlib. Konsert “Nargis” dərgisinin 5 yaşına həsr edilib.

"Diliniz üçün ürəyim gedir" - Ajdanın Bakı konserti - FOTO

 

"Diliniz üçün ürəyim gedir" - Ajdanın Bakı konserti - FOTO

"Diliniz üçün ürəyim gedir" - Ajdanın Bakı konserti - FOTO