Dilarə Kazımovadan inanılmaz sözlər:

“Erotikanı həyasızlıqdan, cazibədarlığı vulqarlıqdan, sənəti isə baltadan ayıra bilməyənlərdən yan keçən külək ilə “bye bye!” Anlayıram ki, həyatınızda xoşbəxtlik sözündən “X” hərfi də yoxdu, amma onu elə boz qapılarının arxasında saxlayın”.

Bu sözləri keçmiş “Eurovision” təmsilçimiz, müğənni Dilarə Kazımova instaqramda yazıb:

“Rənglərlə dolu olan insanların həyatına onsuz da “bozluq” qatmaq olmayacaq. Adekvat və səmimi insanlar, adekvat bəyənənlər və bəyənmiyənlər, sənətimi, sənətimdə atdığım hər addımı, səsimi, şəkillərimi müzakirə etməyə hər zaman hazıram! Məni sevənlər ordusunun gündən-günə işıq sürəti ilə çoxalmasını görürəm və xoşbəxt oluram!”

Minval.İnfo