Türkiyənin Karaman bölgəsində vətəndaşın köməyi ilə dilənçini həbs edən iki asayiş keşikçisindən biri ətrafdakı insanları dilənçini döyməyə səsləyib: “Vətəndaş, gəlin vurun, bu adam başqa yerdən gəlib, burada artistlik edir”.

Minval.info xəbər verir ki, insanların hücum etdiyi dilənçini digər asayiş keşikçisi xilas etməyə müvəffəq olub. İnsanları dilənçini döyməyə təhrik edən İbrahim U. bələdiyyə tərəfindən işindən uzaqlaşdırılıb, hazırda məhkəmə prosesi davam edir.

Ona “qəsdən adam yaralamağa təhrik etmək” maddəsi ilə cinayət işi açılıb.

Kamera görüntülərindən də aydın olduğu ki, asayiş keşikçisi dilənçini insanlardan qorumağa çalışsa da, iş yoldaşı – İbrahim ona mane olmağa çalışıb: “Gəl biz gedək. Bunu da vətəndaşa buraxaq”.

Zabıta memurlarından biri, kendilerine yardımcı olan kişiyle, yere düşen dilenciyi etkisiz hale getirmeye çalıştı.

Nəhayət asayiş təmin olunub, dilənçi isə asayiş keşikçiləri tərəfindən hadisə yerindən uzaqlaşdırılıb. İsmi açıqlanmayan dilənçi 124 lirə pul cəzasını ödədikdən sonra sərbəst buraxılıb.

Minval.info

'Bunu vatandaşa bırakalım''Kasten yaralamaya azmettirme' suçlamasıyla soruşturma başlatıldı.