Türkiyəli tanınmış aktrisa Deniz Çakır 4 aydır sevgili olduğu musiqiçi Güvenç Dağüstünlə Bodrumda tətildədir.

“Ölkə.Az” xəbər verir ki, cütlük ötən axşam bir məkana əylənməyə gedib. Kluba bir müddət sonra Deniz Çakırın köhnə dostu Volkan Yüksel gəlib. İddiaya görə, bu vaxt Deniz Çakırın rəngi-rufu qaçıb, sevgilisinin qulağına nələrsə deyib. Bundan sonra gərginlik artıb və mübahisə yaşanıb.

Deniz Çakır, Güvenç Dağüstün və Volkan Yüksel gecənin sonunda polis bölməsinə aparılıblar. Dindirilən Volkan Yüksel bunları deyib:

“Deniz məni görən kimi “İ..E gəldi” deyərək sevgilisinin qulağına nəsə dedi. Sevgilsi Güvenç də iki nəfərlə stolumuza gəldi. “Buranı tərk et, yoxsa sənə gününü göstərərəm” deyə qışqırdı. Məni qolumdan tutub bayıra çıxarmaq istədi”.