Rusiyada keçirilən futbol üzrə dünya çempionatında növbəti görüş sürprizlə yekunlaşıb.

Minval.info xəbər verir ki, bu gün sonuncu qarşılaşma Braziliya və İsveçrə yığmaları arasında baş tutub.

5 qat dünya çempionları qarşılaşmada ilk qol vuran tərəf olsa da, hesabı qoruya bilməyiblər. Çoxları Braziliyadan böyük fərqlə qalibiyyət gözləsə də, nəticə tamam fərqli olub.

Belə ki, rəqibindən qat-qat zəif olan İsveçrə görüşdə hesabı bərabərləşdirib.

Sambaçılar oyun boyu hücumların kəsərini artırıblar, lakin bu, nəticəni dəyişməyib.

Qeyd edək ki, bu gün dünyanın nəhənglərindən hesab olunan Almaniya millisi Meksikaya minimal fərqlə məğlub olub.

 

Braziliya 1 – 1 İsveçrə

Qollar: Coutinho (20), Zuber (50)

 

Minval.info