DÇ-2018-in 1/8 final mərhələsinin hazırda davam edən İspaniya – Rusiya matçı tarixə düşüb.

Minval.info əsas vaxtında qalibi müəyyənləşməyən və əlavə vaxta ehtiyac olan oyunda komandalar ilk dəfə 4-cü oyunçu dəyişikliklərindən istifadə ediblər.

FİFA-nın ilk dəfə bu mundialda istifadə edilən yeni qaydalarına görə, matçlar əlavə vaxta gedərsə, komandalara 4-cü dəyişiklik etməyə icazə verilir.

Rusiya millisində 97-ci dəqiqədə Kuzyayevin yerinə Eroxin, İspaniya yığmasında isə 104-cü dəqiqədə Asensionun yerinə Rodriqo meydana çıxıb.