Fransa yığması itki ilə üzləşib.

Minval.info apasport.az-a istinadən xəbər verir ki, hücumçu Olivye Jiru sıradan çıxıb.

Hadisə ABŞ-la keçirilən yoldaşlıq görüşündə baş verib. Belə ki, qarşılaşmanın 58-ci dəqiqəsində rəqibi ilə toqquşan Jirunun başı qanayıb. Nəticədə həkimlər onun başına 6 tikiş qoyublar. Məhz bu zədə ucbatından Jiru yerini Usman Dembeleyə verib. Ulduz futbolçunun beyin silkələnməsi keçirdiyi istisna olunmur.

 Qeyd edək ki, Fransa – ABŞ matçı 1:1 hesabı ilə başa çatıb.