Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu jurnalistlərlə görüşü zamanı maraqlı açıqlamalar verib.

Minval.info xəbər verir ki, keçmiş baş nazir istefasından, hazırki prezident R.T Ərdoğanla olan münasibətlərindən danışıb.

Davudoğlu istefasının səbəbinin partiya daxilində baş verən çəkişmələr və anlaşılmazlıqlar olduğunu deyib:

“Prezident Ərdoğan hakimiyyətə və siyasətə ailə üzvlərini, şəxsi maraqlarını qataraq böyük yanlışlıqlara yol verir. Partiya daxilində nüfuz savaşı və bölünmələr partiyadan ayrılmağımın əsas səbəblərindən biridir. Ərdoğanla olan anlaşılmazlığa gəldikdə isə bu təbii haldır və hər siyasətçi arasında bu cür hallar olur.”

Keçmiş baş nazir yenidən ölkə siyasətinə qayıtmaq barədə müsbət danışıb.

Nazim Hacıyev

Minval.İnfo