“Report”un Qərb bürosu Daşkəsən rayonunda evdə yanğın zamanı ölən uşaqların fotolarını əldə edib.

Həmin fotoları təqdim edirik.

Xatırladaq ki, hadisə zamanı 5 nəfər ölüb.

Yanğın rayonun Quşçu kənd sakini, 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi evdə baş verib.

Yanğın zamanı 4-ü uşaq olmaqla 5 nəfər yanaraq ölüb:

1990-cı il təvəllüdlü Sevinc Şahin qızı Tağıyeva

2010-cu il təvəllüdlü Aysun Asim qızı Tağıyeva

2012-ci il təvəllüdlü Sakit Asim oğlu Tağıyev

2017-ci il təvəllüdlü Sadiq Asim oğlu Tağıyev

2007-ci il təvəllüdlü Günel Qoşqar qızı Ədilxanova.