Müğənni Damla qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Minval.info xəbər verir ki, “Hər şey daxil” verilişinin qonağı olan sənətçi xəyanət mövzusundan söhbət düşərkən öz fikirlərini bildirib. O, “ixtiyar əlimdə olsaydı, ərini aldadan qadınları yığardım bir yerə yandırardım, öldürərdim” – deyib.

Bu zaman aparıcı Tarix Əliyev “bəs kişilər xəyanət etsə, nə edərdin” sualına isə müğənninin cavabı fərqli olub.

“Kişi belədir ki, Allahın kitabında da, onlar üçün dörd qadın buyurulub. Bu, Allahın qanunudur. Dinimizdə qadınların 3-4 kişi ilə evlənməyi ilə bağlı bir şey yoxdur”, – deyə Damla bildirib.

Daha ətraflı təqdim etdiyimiz videoda: