Müğənni Damla geyimlərini satışa çıxarıb.

Müğənninin çəkilişlərdə və səhnədə istifadə etdiyi geyimləri satmaq üçün xüsusi “Instagram” səhifəsi də açılıb.

Minval.info xəbər verir ki, paltarları onun prodüseri satır. Geyimlərin satış qiyməti 50 manatdan başlayır.

İfaçı dəyəri 1000 manat olan geyimləri 200-300 manata təklif edir.

Qeyd edək ki, dünya praktikasında bir çox müğənni bu addımı atıb.

Lakin Damlanın səhifəsində geyimlərin hansı məqsədlə satılması barədə heç bir məlumat yer almayıb.