Daha bir məmur işdən çıxarıldı - Yeni təyinatYasamal Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmudov İmaməli Musa oğlu vəzifəsindən azad olunub.

Minval.info “Report”a istinadən xəbər verir ki, bununla rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov əmr imzalayıb. O, həmçinin söküntü ilə əlaqədar yaradılmış işçi qrupunun üzvü olub. Həmin vəzifəyə Əliyev Qabil Adil oğlu təyin edilib.

Qeyd edək ki, prezident İlham Əliyevin 2017-ci ilin iyulun 1-də Yasamal RİH-nin başçısı İbrahim Mehdiyevin vəzifədən azad olunması haqqında sərəncam imzalayıb. Dövlət başçısının bu ilin fevralın 2-də imzaladığı sərəncamla Əziz Əzizov Yasamal RİH-in başçısı vəzifəsinə təyin edilib. O, həmin təyinata qədər Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.