VAR sistemi Fransa çempionatında, Liqa 1-də tətbiq olunacaq. Trend-in məlumatına görə, VAR çempionatın bütün matçlarında, Fransa Kuboku və Liqa Kuboku turnirlərində dörddə bir final mərhələlərində istifadə ediləcək.

İlk dəfə olaraq sistemdən 10 avqustda keçiriləcək Liqa 1-in birinci turunda “Marsel” – “Tuluza” matçında istifadə ediləcək.

Xatırladaq ki, daha əvvəl İtaliya, Almaniya və Portuqaliya çempionatlarında VAR tətbiq olunur.