İspaniyanın “Real” klubunun (Madrid) hücumçusu Kriştianu Ronaldoİtaliyanın “Yuventus” klubuna (Turin) keçə bilər.

“Report” xəbər verir ki, Ronaldonun İtaliya klubuna keçidi portuqaliyalının agenti Jorje Mendeşin 11 illik düşmənçilikdən sonra “Yuventus” rəhbərliyi ilə barışması sayəsində mümkün ola bilər.

O, bu həftə müdafiəçi Joau Kanselunun “Valensiya”dan “Qoca sinyora”ya keçidini təşkil edib.

İtaliya klubunun əsas transfer hədəfi “Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçdir. Roma klubu onun keçidinə görə 120 mln. avro tələb edir. “Yuventus” serbiyalı futbolçunun transferindən imtina edə və həmin pulları Ronaldonun keçidinə sərf edə bilər.

KİV-in məlumatına görə, “Real” Ronaldoilə müqavilədə dəbbə pulunu 1 milyard avrodan 120 mln. avroya endirib.